“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,5 manat, mumun – 17,7 manat, vərəmumun – 135,3 manat, güləmin – 154,6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6,8 manat təşkil edib.
2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,1 faiz, bal istehsalı 7,9 faiz, mum istehsalı 6,9 faiz, vərəmum istehsalı 12,2 faiz, güləm istehsalı 11,2 faiz azalmış, arı südü istehsalı isə 6,2 faiz artıb.
