Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə bildirib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanan Məkkə müqaviləsində ittifaq üçün ortaq bir təhdid anlayışı yoxdur.
“İmzaladığımız ortaq təhdid barədə yazılı bir bəyanat yoxdur. Bir-birimizin təhlükəsizliyini yaxından izləməyə öhdəlik götürürük”, – deyə o bildirib.
Fidan qeyd edib ki, “Bizə hücum etməyən heç bir ölkə bizim üçün hədəf deyil”. O, əlavə edib ki, pakt konkret olaraq İrana qarşı yönəlməyib. “Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə ekspansionist ölkələr deyil”, – deyə o bildirib. (Tass)
