Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə bildirib ki, Məkkə Qarşılıqlı Müdafiə Sazişini imzalayan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın öhdəlikləri NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə uyğundur.
“Texniki olaraq, bu eyni şeydir. Siz təhlükəsizlik paktına daxil olursunuz və bu, müqaviləni imzalayan ölkələrə öhdəliklər qoyur”, – deyə o bildirib.
Onun sözlərinə görə, birliyin yaradılması regionda sabitliyin təmin edilməsi zərurətindən irəli gəlib. “Regiondakı qeyri-sabitliyin həlli üçün müdafiə ittifaqı lazım idi. Sazişin hazırlanması üzərində iş iki il səkkiz ay çəkdi”, – deyə Fidan bildirib.
O, həmçinin Səudiyyə Ərəbistanında yerləşəcək paktın hərbi-siyasi komitəsinin və katibliyinin yaradıldığını elan etdi. (Tass)
