Finlandiyanın baş naziri Petteri Orpo dekabrın 16-da Helsinkidə Şimali Atlantika Alyansının şərq cinahında yerləşən ölkələrin liderlərinin iştirakı ilə ilk sammiti təşkil edəcək. Bu barədə Finlandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Nəşrin məlumatına görə, sammitdə Bolqarıstan, Latviya, Litva, Polşa, Rumıniya, İsveç və Estoniyanın baş nazirləri iştirak edəcək. Tədbir zamanı “Avropanın təhlükəsizlik və müdafiə hazırlığı, xüsusilə də Aİ-nin şərq sərhədində” məsələləri müzakirə olunacaq.
Orpo-nun sözlərinə görə, “hibrid əməliyyatlar, kiberhücumlar və hava məkanının pozulması” iddiası ilə “Avropa İttifaqı şərqdəki sərhədlərini gücləndirməlidir”. Sammit zamanı ölkələrin müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair razılıq əldə edəcəyi gözlənilir. (Tass)
