“Politico” mənbəyə istinadən yazır ki, ABŞ və Ukraynanın Cenevrə sülh danışıqları gərgin keçib.
“Danışıqlar gərgin keçdi. Amerikalılar rusların təsdiqlədiyi planın mətnindən kənara çıxmaq istəmirdilər. Lakin ukraynalılar planın qəbuledilməz hissələrini qeyd etməyə davam etdilər və sonda bəzi dəyişikliklər edildi”, – o deyib.
Bir gün əvvəl ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik sülh planı üzrə məsləhətləşmələr aparıb. ABŞ dövlət katibi Marko Rubio görüşü münaqişənin “ən məhsuldarı” adlandırıb.
