Finlandiyanın müdafiə naziri Antti Häkkänen ölkə rəhbərliyinin Helsinkinin respublikaya nüvə silahı idxalına qoyulan qadağanı ləğv etmək niyyətinə Rusiyanın cavabına “tamamilə hazır” olduğunu iddia edir.
“Yle” qəzeti müdafiə nazirinin sözlərindən sitat gətirir: “Biz buna tamamilə hazırıq”.
Martın 5-də Finlandiya Müdafiə Nazirliyi ölkədə nüvə silahlarının idxalını və saxlanmasını tənzimləyən mövcud qanunvericiliyə düzəlişlər təklif etdi. Nazirliyin saytında deyilir ki, “Qanun layihəsində Finlandiyanın hərbi müdafiəsi, NATO-nun kollektiv müdafiəsi və ya müdafiə əməkdaşlığı ilə əlaqəli olduqda, gələcəkdə Finlandiyada nüvə partlayıcı qurğularının idxalına, daşınmasına, təchizatına və ya saxlanmasına icazə verilməsi təklif olunur”.
