Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin Əks-Dezinformasiya Mərkəzi xarici mediada Ankaranın Britaniya kəşfiyyatından Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın təhlükəsizliyini gücləndirmək istəyi ilə bağlı iddiaları təkzib edib.
Mərkəzin bəyanatında deyilir: “Bu gün xarici xəbər agentliyinin Türkiyənin Britaniya MI6-dan Suriya prezidenti əş-Şara üçün təhlükəsizliyi gücləndirməsini istədiyini iddia etdiyi xəbəri yalandır. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terrorizmə qarşı mübarizədə həm beynəlxalq kəşfiyyat icması, həm də qonşu Suriyanın təhlükəsizlik qüvvələri ilə fəal əməkdaşlıq edir. MİT-in MI6-dan Suriya prezidentini qorumağı və ya belə bir rolu öz üzərinə götürməyi xahiş etməsi doğru deyil”.
