Xalq artisti Flora Kərimovanın müalicəsi xəstəxanada davam edir.
Bu barədə Teleqraf-a açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimova bir həftədən sonra xəstəxanadan evə buraxılacaq.
“Flora Kərimovanın səhhəti normaldır. Bir həftədən sonra evə buraxılacaq”,- deyə Yaqut İmanova əlavə edib.
Qeyd edək ki, Flora Kərimovanın səhhəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
