İyun 15, 2026-22:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qubada Dağ yəhudilərinin musiqi irsinə həsr olunan tədbir təşkil olunub

2026:06:15 - 14:58
in MƏDƏNİYYƏT
A A
Qubanın Qırmızı Qəsəbə ərazisində yerləşən Dağ Yəhudiləri Muzeyində “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı xüsusi fotosərgi və konsert proqramı təşkil olunub.

“Report”un Şimal bürosunun məlumatına görə, sərgi “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun və Dağ Yəhudilərinin İrsi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Məqsədi dağ yəhudilərinin əsrlər boyu qorunub saxlanılan, nəsildən-nəsilə ötürülən, yerli icmanın mənəvi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayan zəngin mədəniyyətini və musiqi irsini nümayiş etdirməkdir.

Tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İgor Şaulov dağ yəhudilərinin musiqi irsinin təkcə bir icmanın mədəni sərvəti deyil, həm də Azərbaycanın multikultural dəyərlərinin və zəngin mədəni müxtəlifliyinin ayrılmaz bir parçası olduğunu bildirib. O, Qırmızı Qəsəbənin tolerantlığın, multikulturalizmin və birgəyaşayış ənənələrinin canlı simvolu olduğunu vurğulayaraq bu formatlı tədbirlərin xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Çıxışının sonunda İqor Şaulov tədbirin təşkilində xüsusi rol oynayan “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fonduna təşəkkür edərək dağ yəhudilərinin tarixini, adət-ənənələrini və musiqi mədəniyyətini gənc nəslə çatdırmaq üçün bu formatlı tədbirlərin gələcəkdə də davamlı təşkil olunacağını qeyd edib.

Tədbir çərçivəsində ziyarətçilərə Dağ Yəhudilərinin musiqi mədəniyyətinin inkişafının müxtəlif mərhələlərini əks etdirən tematik fotosərgi nümayiş olunub.

Bununla yanaşı sərgidə İsraildən xüsusi dəvət olunan “Jerusalem Cantors Choir” ansablının yəhudi musiqi ənənələrini özündə əks etdirən musiqi kompozisiyaları təqdim olunub.

Tədbir çərçivəsində rəsmilər və diplomatik nümayəndələr üçün Qırmızı Qəsəbəyə tanışlıq səfəri təşkil olunub.

Əvvəlki Yazı

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Növbəti Yazı

Flora Kərimovanın səhhəti ilə bağlı son durum açıqlandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.