Aprel 26, 2026-16:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumatlandırma davam edir

2026:04:26 - 12:50
in SOSİAL
A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Yasamal rayonu Elmi-Təhqiqat Mamalıq və Ginekologiya İnstitutunda, Sabunçu rayonu Bakı Gənclər Mərkəzində, Xətai rayonu Mərkəzi Neftçilər Xəstəxanasında, 287 nömrəli “Zəkalar” liseyində və 63 nömrəli tam orta məktəbində, Sumqayıt RM tərəfindən Xırdalan Tibb Mərkəzində, Xızı rayonu Altıağac qəsəbə tam orta ümumi təhsil məktəbində və Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbində, Cənub RM tərəfindən Lənkəran rayonu Ballabur kənd tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib. Həmçinin Aran RM tərəfindən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Aran qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Zərdab şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə RM tərəfindən Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbində, Muğan RM tərəfindən Neftçala şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta ümumi təhsil məktəbində, Qarabağ RM tərəfindən Bərdə rayonu Əsman İsmayılov adına Mirzalıbəyli kənd tam orta ümumi təhsil məktəbində, Şimal-qərb RM tərəfindən Ağsu rayonu İ.Rüstəmov adına Çaparlı kənd tam orta ümumi təhsil məktəbində, və Şimal RM tərəfindən Siyəzən rayonu, Böyük Həmyə kənd tam orta məktəbində müvafiq tədbirilər təşkil edilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Əvvəlki Yazı

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

Növbəti Yazı

İstanbulda Qars Təhsil və Mədəniyyət Vəqfi fəaliyyətə başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.