Aprel 26, 2026-16:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

2026:04:26 - 12:48
in SOSİAL
A A

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Nyu-York meri Zohran Kvame Mamdaninin X platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlərlə bağlı bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev məlumat verib.

Bəyanatda Z.Mamdaninin açıqlamasının təkcə siyasi qərəz nümunəsi deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə təhrif edilməsi olduğu vurğulanaraq, dövlətlərin suveren bərabərliyinin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamaq və işğal nəticəsində yaradılmış qanunsuz vəziyyətlərin tanınmaması prinsiplərinin müasir beynəlxalq hüquq sisteminin əsas sütunları olduğu vurğulanıb. Bildirilib ki, bu hüquqi reallıq fonunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini və konstitusiya quruluşunu bərpa etməsini “hücum”, “qovulma” və ya “soyqırımı kampaniyası” kimi təqdim etmək hüquqi savadsızlıq, siyasi manipulyasiya və beynəlxalq hüquq terminologiyasından sui-istifadədir. Azərbaycan dövləti 2020-ci ildə və 2023-cü ildə başqa bir dövlətin ərazisində deyil, məhz öz suveren ərazisində hərəkət etmişdir. Həmçinin Azərbaycan dövlətinin bu addımlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə də uyğun olduğu qeyd edilib.

Bəyanatda, həmçinin vurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməniəsilli əhaliyə reinteqrasiya və bərabər hüquqlar təklif edilib, mülki şəxslərə qarşı etnik əsaslı hər hansı zorakılıq faktı qeydə alınmayıb. Bununla yanaşı, Xocalı faciəsi, Ermənistanın işğalı nəticəsində azərbaycanlıların məcburi köçkün düşməsi və bölgədə törədilmiş dağıntılar xatırladılaraq, bu faktlara selektiv yanaşmanın yolverilməz olduğu qeyd edilib. Z.Mamdaninin açıqlamasının regionda sülh prosesinə mənfi təsir göstərdiyini, revanşist meylləri gücləndirdiyini bildirilib və onun geri götürülməsini tələb edilib.

“Zohran Kvame Mamdaninin açıqlaması beynəlxalq hüquqa zidd məzmun daşıyan, siyasi baxımdan təhlükəli, diplomatik baxımdan məsuliyyətsiz və mənəvi baxımdan ədalətsiz bir bəyanatdır. Biz bu bəyanatın dərhal geri götürülməsini, Azərbaycan xalqına qarşı səsləndirilmiş əsassız ittihamlara görə üzr istənilməsini və gələcəkdə bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan mövqe sərgilənməsini tələb edirik. Cənubi Qafqazda davamlı sülh yalnız dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi və xalqlar arasında barışıq prinsipləri əsasında mümkündür. Bu prinsipləri təhrif edən hər bir bəyanat sülhə deyil, qarşıdurmaya xidmət edir”, – deyə Avropa Azərbaycan Mərkəzinin bəyanatında bildirilib.

Əvvəlki Yazı

Türk dünyasında qadınların iqtisadi güclənməsi: Düzcədə memorandumlar imzalanıb

Növbəti Yazı

Fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumatlandırma davam edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.