Avqust 17, 2026-6:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gənc arxeoloqların yeni platforması: Arxeoloji Dərnək fəaliyyətə başlayır

2026:02:16 - 15:41
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda Arxeoloji Dərnəyin təqdimat iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev gənclərin elmi təşəbbüslərinə dəstəyin aktuallığından söz açıb. O, institut rəhbərliyinin Azərbaycan arxeologiyası və antropologiyası istiqamətində gənclərin bütün rasional novator ideyalarının reallaşmasında öz köməyini əsirgəməyəcəyini qeyd edib.

İclas çərçivəsində Arxeoloji Dərnəyin yaradılma məqsədi, struktur quruluşu və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, dərnək arxeoloji irsin elmi əsaslarla təbliği, ictimai maarifləndirmə işinin gücləndirilməsi və gənclərin arxeologiya sahəsinə cəlb edilməsi istiqamətində fəaliyyət göstərəcək.

Tədbirdə dərnəyin sədri Könül İbrahimlinin və katibi Nəzrin Quliyevanın gələcək fəaliyyət və layihələrlə bağlı məruzələri dinlənilib, eləcə də dərnək üzvlərinin arxeologiya və maddi-mədəni irsin təbliği və qorunması ilə bağlı layihə ideyaları və konseptual təqdimatları nümayiş olunub. Bunların sırasında Aysel Həsənovanın “Arxeoloji abidələrin monitorinq platforması”, Mətanət Teymurlunun “Keçmişin sədası”, Saləddin Qoçuzadənin “Qarabağ irsi 360” təqdimatları böyük maraqla qarşılanıb. Qeyd olunan konsepsiyalar və layihələr ətrafında institutun direktorunun yaxından iştirakı ilə müzakirələr aparılıb, yeni layihə təklifləri səsləndirilib və onların icrası üzrə ilkin qərarlar qəbul olunub. Layihələr ətrafında çıxış edən tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov elmi-populyar müstəvidə Azərbaycanın arxeoloji abidələr xəritəsinin yaradılmasının əhəmiyyətini qeyd edib. İştirakçılar dərnəyin fəaliyyətinin sistemli və mərhələli şəkildə təşkilinin vacibliyini vurğulayıblar.

Fərhad Quliyev təqdim olunmuş layihələr barədə fikir və tövsiyələrini bildirib.

Əvvəlki Yazı

Agentlik sədri: “IT SkillSprint” proqramı tələbələrin qlobal bazarda asanlıqla özlərinə iş tapmalarına töhfə verəcək

Növbəti Yazı

Rubio, ABŞ-ın lazım gələrsə, Macarıstana maliyyə yardımı göstərməyə hazır olduğunu bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.