İyul 23, 2026-0:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Günay Əfəndiyeva: Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır

2026:07:22 - 14:39
in SİYASƏT
A A

Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanışı, maariflənməsi və ictimai-siyasi düşüncəsinin formalaşması ilə sıx bağlıdır. 151 il əvvəl “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabi həm də xalqın milli özünüdərkinin güclənməsi, cəmiyyətin tərəqqisi üçün ömrünü həsr etmiş görkəmli ziyalıdır. “Əkinçi”dən başlayan bu şərəfli yol sonrakı dövrlərdə uğurla davam etdirilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

O qeyd edib ki, müstəqil Azərbaycanın milli mətbuatının bugünkü inkişaf səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulanmalıdır. Ulu Öndərin media ilə açıq ünsiyyət ənənəsi, bu sahəyə verdiyi dəyər ölkədə peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə, eləcə də bu gün ölkəmizdə tanınan və nüfuz qazanan jurnalistlərin böyük bir nəslinin yetişməsinə güclü təsir göstərib.

“Qarabağ münaqişəsi və işğal dövründə Azərbaycan jurnalistikasının üzərinə böyük məsuliyyət düşürdü. İşğal olunmuş ərazilərimizdə törədilən cinayətlərin, dağıntıların, tarixi və mədəni irsimizə qarşı həyata keçirilən vandalizmin, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün düşməsinin dünya ictimaiyyətinə çatdırılması ciddi bir informasiya mübarizəsi idi. Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, mediamız, xalqımız, hər bir vətəndaşımız vahid məqsəd ətrafında birləşdi, tarixi gerçəklərin qlobal miqyasda yayılmasında həmrəylik nümayiş etdirdi. Müharibə dövründə dövlətimizin başçısının qətiyyətli çıxışları, müsahibələri, dillər əzbərinə çevrilən, unudulmaz ifadələri informasiya cəbhəsində Qələbənin ən güclü nümunələrindən biri kimi tarixə yazıldı. Prezident İlham Əliyev həm Azərbaycanın milli maraqlarını böyük əminliklə, prinsipiallıqla, dönməz iradə ilə qoruyur, həm də münaqişənin mahiyyətini, çoxəsrlik həqiqətlərimizi beynəlxalq auditoriyaya dolğun və əsaslandırılmış şəkildə nümayiş etdirirdi.

Bu gün də Qarabağın tarixi reallıqlarının, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin beynəlxalq media mühitində geniş şəkildə yayımlanması bizim jurnalistikamız qarşısında mühüm vəzifələrdəndir”, – deyə deputat bildirib.

Günay Əfəndiyeva vurğulayıb ki, bu gün dövlətimizin başçısının yerli və dünyanın aparıcı media qurumlarına mütəmadi müsahibələri vasitəsilə Azərbaycanın milli mövqeyi, regionda baş verən proseslər, ölkəmizin inkişaf strategiyası ilə bağlı məsələlər birbaşa geniş ictimaiyyətə təqdim olunur. Bu, həm də müasir diplomatiyada və informasiya məkanında açıq, çevik və təsirli kommunikasiya siyasətinin mühüm nümunəsidir. Müasir dövrdə informasiya platforması həm də dövlətlərin beynəlxalq nüfuzuna, ictimai rəyə və siyasi proseslərə təsir edən önəmli strateji amildir. Bu baxımdan peşəkar, məsuliyyətli və obyektiv jurnalistikanın əhəmiyyəti daha da artır. Dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının geniş yayıldığı bir dövrdə jurnalistin peşə etikası, dəqiqliyi, məsuliyyəti və vətənpərvər mövqeyi olduqca ciddi mahiyyət daşıyır.

Bu gün Azərbaycan jurnalistikasının qarşısında milli mətbuatımızın 150 ildən artıq ənənələrini yaşatmaq, inkişaf etdirmək kimi böyük məsuliyyət də dayanır. Milli jurnalistikamızın tərəqqisi, ölkəmizin informasiya təhlükəsizliyinə, milli maraqlarımızın qorunmasına xidmət edir.

Əvvəlki Yazı

Müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən biridir

Növbəti Yazı

Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.