İyun 18, 2026-1:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Günvurma zamanı nə etməli və nə etməməli?

2026:06:17 - 14:44
in GÜNDƏM
A A

Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Xüsusilə yay aylarında günəş altında uzun müddət qalan insanlarda risk daha yüksəkdir.

Bu sözləri AZƏRTAC-ın suallarını cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O, günvurmadan qorunmaq üçün bəzi qaydalara əməl etməyin vacib olduğuna diqqət çəkib. Mütəxəssis vurğulayıb ki, günün ən isti saatlarında, təxminən saat 11:00-17:00 arasındakı vaxt ərzində birbaşa günəş altında qalmaq tövsiyə olunmur. “Bol su içmək, maye qəbul etmək çox vacibdir. Açıq rəngli, yüngül və hava keçirən paltarlar geyinmək lazımdır. Papaq, çətir və gün eynəyindən istifadə edilə bilər. Fiziki fəaliyyəti sərin saatlara saxlamaq tövsiyə olunur. Alkoqol, həddindən artıq kofeinli içkilərdən isə uzaq durmaq lazımdır. Belə ki, onlar susuzluq riskini daha çox artırır”.

Zakir Quliyev günvurmanın erkən əlamətləri ilə bağlı da məlumat verib:

“Güclü susuzluq, həddindən artıq tərləmə, yorğunluq və halsızlıq, başağrısı, baş gicəllənmə, ürəkbulanma, qusma, əzələ qıc olmaları ilkin simptomlar sırasındadır. Bəzən isə bədən hərarətinin 40 dərəcə və daha çox olması, nitqdə yaranan problem, tarazlığın itməsi, huşun itməsi, qıcolmalar, nəfəs və nəbzin sürətlənməsi kimi vəziyyətlər görülə bilər. Bu kimi hallar müşahidə olunarsa, mütləq həmin şəxs sərin və kölgə yerə aparılmalı, üzərindəki artıq geyimlər çıxarılmalı, şəxs rahatlaşdırılmalı, bədən mütləq sərinlədilməlidir. Xüsusilə boyun, qoltuqaltı nahiyələrinə soyuq kompres qoyulmalı, soyuq su ilə bədən silinməlidir. Hətta mümkün olduqda ilıq və ya soyuq duş ala bilər. Şəxs əgər ayıqdırsa, huşu yerindədirsə, az-az sərin su və ya minerallı su içirilməlidir. Şəxsin əgər huşu itibsə, bu zaman o, rahat vəziyyətə gətirildikdən sona mütləq təcili tibbi yardıma zəng edilməlidir. Huşsuz şəxsi yan vəziyyətə çevirmək və nəbzini izləməkdə fayda var”.

Mütəxəssis bəzən gün vuran şəxsi buz kimi suya qəfil salmağın şok effekt ilə nəticələnəcəyinə də diqqət çəkib: “Bunu qətiyyən etmək olmaz. Huşu bulanıq, huşsuz şəxsə su və ya maye vermək də olmaz. Günvurmanı sadə hal kimi qiymətləndirib rahat olmamaq lazımdır, mütləq ilkin yardım tədbirləri görülməlidir”.

Əvvəlki Yazı

“Uşaq hüquqlarının pozulmasının onların psixikasına təsiri” – təlim

Növbəti Yazı

Pozuntulara görə 1 vəkil kollegiyadan xaric edilib, 5-i barəsində cərimə tətbiq olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.