ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası 2020 və 2024-cü illərdə Gürcüstanda qeyri-demokratik yollarla hökuməti dəyişdirməyə cəhd göstərib. Bu barədə respublika parlamentinin spikeri Şalva Papuaşvili Gürcüstanın ” Rustavi 2″ televiziya kanalına verdiyi müsahibədə bildirib.
“Əvvəlki Amerika administrasiyası (Co Baydenin ) Gürcüstanda hökuməti antidemokratik yollarla dəyişdirməyə cəhd etmişdi. Bu, yeni administrasiyanın (Donald Trampın – TASS qeydi) USAID-in (Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi) dünya üzrə xərclərini nəzərdən keçirərkən və Amerika pullarının müxtəlif ölkələrdə hökumətləri devirmək üçün istifadə edildiyini aşkar edərkən təsdiqlədiyi bir faktdır. Gürcüstan buna bir nümunə idi. USAID vəsaitləri Gürcüstanda hökuməti antidemokratik yollarla devirmək üçün istifadə olunurdu”, – Papuaşvili bildirib.
Papuaşvilinin xüsusi olaraq vurğuladığı kimi, ABŞ-ın bu cür cəhdləri 2020 və 2024-cü illərdə keçirilən parlament seçkilərindən sonra baş verib. (Tass)
