Oktyabrın 4-də Gürcüstanda dövlət çevrilişinə cəhddə birbaşa Avropa İttifaqından maliyyə alan təşkilatlar iştirak edib. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Dörd il ərzində xaricdən maliyyələşdirilən beş inqilab cəhdi olub. İndi isə birbaşa Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşkilatlar hakimiyyəti ələ keçirmək cəhdində iştirak ediblər”, – o, ” Rustavi 2″ telekanalına müsahibəsində deyib. (Tass)
