Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-ci ildən 2021-ci ilə qədər bu vəzifədə olub) bildirib ki, COVID-19 pandemiyası Ukraynada hərbi münaqişənin baş verməsinin dolayı səbəbi olub. Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Onun fikrincə, koronavirus pandemiyası zamanı dünya liderləri arasında birbaşa danışıqların mümkünsüzlüyü kompromis axtarışlarını, o cümlədən Ukrayna məsələsində çətinləşib.
Qəzet Merkeldən sitat gətirir: “Əgər görüşə bilmirsinizsə, fikir ayrılıqlarını üz-üzə müzakirə edə bilmirsinizsə, o zaman yeni kompromislər tapmaq mümkün deyil”.
Keçmiş kansler daha əvvəl bəyan etmişdi ki, Ukraynadakı münaqişəyə də dolayısı ilə Latviya, Litva, Polşa və Estoniya kömək edib və bu, 2021-ci ildə Rusiya ilə diplomatik danışıqları pozub.
