Fələstin HƏMAS hərəkatı bildirib ki, İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində ən azı səkkiz nəfər ölüb, onlarla insan yaralanıb.
Onun sözlərinə görə, anklavın mərkəzi hissəsində dəfn mərasimi bombalanıb. Həlak olanların dəqiq sayı barədə məlumat verilməyib.
HƏMAS İsrail və BMT ilə danışıqlarda vasitəçilərdən yəhudi dövləti tərəfindən atəşkəsin pozulmasının qarşısını almaq üçün “təcili tədbirlər görmələrini” tələb edib. (Tass)
