Fələstinin Həmas hərəkatı daha üç israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək. Müvafiq bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının Telegram kanalında dərc olunub.
“Razılaşma çərçivəsində biz bu gün Qəzza zolağının cənubunda tapılan daha üç girovun cəsədini tibb işçilərinə təhvil verəcəyik”, – bəyanatda deyilir. Radikallar girovlardan birinin sənədlərinin fotosunu dərc edib və iddia ediblər ki, onun qalıqları digərləri ilə yanaşı yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 2:00) BQXK-ya təhvil veriləcək.
