ABŞ prezidenti Donald Tramp ada ilə materik Çin arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Tayvanı müdafiə etmək üçün Amerika hərbi qüvvələrindən istifadənin mümkünlüyü ilə bağlı suala cavab verməyəcəyini bildirib. O, bu barədə CBS News- a müsahibəsində bildirib.
O, APEC sammiti çərçivəsində Koreya Respublikasında Çinin sədri Si Cinpinlə görüşündə bu məsələnin müzakirə olunub-olunmaması və Tayvan boğazında münaqişə baş verəcəyi təqdirdə ABŞ hərbçilərinə Tayvanı müdafiə etməyi əmr edib-etməyəcəyi ilə bağlı sual verilib. “Bu baş verərsə, biləcəksiniz. Və o (Xi Jinping ) bu sualın cavabını anlayır”, – Amerika prezidenti deyib.
Ağ Ev rəhbəri qeyd edib ki, Çin prezidenti ilə danışıqları zamanı Tayvan məsələsi heç gündəmə belə gəlməyib. “O, bunu heç vaxt gündəmə gətirmədi. İnsanlar buna bir az təəccübləndilər. O, bunu heç vaxt gündəmə gətirmədi, çünki başa düşür və çox yaxşı başa düşür”, – Tramp əlavə edib. (Tass)
