Hindistanın baş naziri Narendra Modi Rusiyaya rəsmi səfərə gəlib. TASS-ın müxbiri xəbər verir ki, onun təyyarəsi Vnukovo-2 hava limanına enib.
İyulun 8-dən 9-dək davam edəcək səfər Modinin üçüncü dəfə baş nazir vəzifəsinə gəlişindən sonra ilk səfəridir. Hindistan hökumətinin başçısı sonuncu dəfə 2019-cu ildə Vladivostoka gələndə Rusiyada olub. Modinin Moskvaya sonuncu səfəri 2015-ci ildə olub. Səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqların aparılması planlaşdırılır. (Tass)
