Yalnız Rusiya və Ukraynanın özləri aralarında davam edən silahlı münaqişəni həll etməyə qadirdirlər, lakin Avropa İttifaqı, Çin və ABŞ onlara həlledici təsir göstərə və onları dinc danışıqlara sövq edə bilər. Bu fikri Macarıstanın baş naziri Viktor Orban Pekində Çin sədri Si Cinpinlə görüşündən sonra deyib.
O, Çin paytaxtına səfərini Kiyev və Moskvadan sonra “sülh missiyasının gedişində üçüncü dayanacaq” adlandıraraq qeyd edib ki, “müharibədə son sözü yalnız döyüşən tərəflər özləri deyəcəklər”. “Lakin üç dünya gücü onlara həlledici təsir göstərə bilər. Bu müharibənin nə vaxt bitəcəyi məsələsi həm də ABŞ, Çin və Avropa İttifaqından asılıdır”, – Orban X (keçmiş Twitter) videomüraciətində bildirib.
O, bununla izah edib ki, Kiyev və Moskva səfərlərindən sonra Pekinə səfər edib və orada Si Cinpinlə görüşüb. Macarıstanın baş naziri vurğulayıb ki, “Çin münaqişənin əvvəlindən [Ukraynada] sülhün tərəfdarı olan yeganə dünya gücüdür”. Onun sözlərinə görə, Çin prezidenti bu səyləri davam etdirəcəyini açıq şəkildə bildirib.
“Biz tək deyilik, işimizi davam etdirəcəyik” deyib Orban. (Tass)
