Qrupun Telegram kanalında yayılan məlumatda bildirilir ki, şiə milis Hizbullah İsrailin şimalındakı Yuxarı Qalileya bölgəsində yerləşən Kiryat Şmona və Metula şəhərlərinə minaatanlardan hücumlar həyata keçirib.
Mətndə deyilir ki, “İslam müqavimət döyüşçüləri düşmənə çoxsaylı raket atıcıları ilə hücum ediblər. Əməliyyat Livan xalqının müdafiəsi və düşmən qüvvələrinin atəşkəs razılaşmasını pozmasına cavab olaraq həyata keçirilib.”
Hizbullah qüvvələrinin 8 apreldə elan edilən atəşkəsə əməl etdiyini, lakin İsrailin Beyrut və digər şəhərlərə hücumundan sonra İsrailə qarşı hücumları bərpa etdiyini qeyd edir.
