Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Yaxın Şərq münaqişə zonası üzərində uçuşlar həyata keçirməmək barədə tövsiyəsini 24 aprelə qədər uzadıb.
Tənzimləyici orqanın veb saytında bildirilir ki, “Münaqişə zonası ilə bağlı xəbərdarlıq 24 aprel 2026-cı ilə qədər uzadılıb”. Yüksək hazırlıq rejimi Bəhreyn, İran, İraq, İsrail, İordaniya, Küveyt, Livan, Oman, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının hava məkanına şamil edilir.
Əvvəlki tövsiyə 10 aprelə qədər qüvvədə idi.
