Niderland hərbi əməliyyatların dayandırılmasından sonra Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinə töhfə verməyə hazırdır. Bu barədə Krallığın xarici işlər naziri Tom Berendsen bildirib.
“Hörmüz boğazında təhlükəsiz naviqasiya o qədər vacibdir ki, Hollandiya başqalarının bu məsələni həll etməsini izləməyəcək. Biz öz rolumuzu oynamağa hazırıq, amma aydın şəkildə müəyyən edilmiş hədlər daxilində”, – deyə o, Yaxın Şərqdəki vəziyyətlə bağlı təxminən 40 ölkənin iştirakı ilə keçirilən videokonfransdan sonra qeyd edib. Berendsen minaların təmizlənməsini nümunə kimi göstərərək, bu cür tədbirlərin hələ həyata keçirilmədiyini vurğulayıb. (Tass)
