Yəməndəki Husi üsyançı hərəkatının lideri Əbdül Malik əl-Husi iddia edir ki, İranın kütləvi raket və pilotsuz təyyarə hücumları Yaxın Şərqdəki Amerika hərbi bazalarını məhv edib və İsrailin hərbi potensialını sarsıdıb.
Husilərə məxsus ” Əl-Məsirə” televiziya kanalı radikal liderin sözlərini sitat gətirərək bildirib: “İran İslam Respublikası Amerika və İsrail zülmünə və təcavüzünə qarşı qətiyyətlə və effektiv şəkildə müqavimət göstərir. O, iddia edib ki, “genişmiqyaslı zərbələr regiondakı Amerika hərbi bazalarını məhv edib, İsrail düşməninə ziyan vurub və onun hərbi və sənaye potensialını sarsıdıb”. Əl-Husi əmindir ki, İran əməliyyatları ABŞ və İsrail ordularında “zabitlər və əsgərlər arasında ağır itkilərə” səbəb olub. (Tass)
