Qahirə və Moskva İran ətrafındakı münaqişənin yaratdığı təhdidləri eyni qiymətləndirir və gərginliyin azaldılmasına çağırırlar. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ətti Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bildirib.
“Bölgəmizdəki təhlükəli vəziyyətlə bağlı qiymətləndirmənizi, eləcə də münaqişənin daha da şiddətlənməsi potensialını tam şəkildə bölüşürük ki, bu da təkcə regional təhlükəsizliyə deyil, həm də bütövlükdə qlobal təhlükəsizliyə təhdid yarada bilər. Prezident əl-Sisinin göstərişlərinə əsasən, biz bu vəziyyəti azaltmaq üçün bütün səylərimizi göstəririk”, – deyə o bildirib.
Misir xarici işlər naziri vurğulayıb ki, “Bizim mövqeyimiz Rusiyanın bu böhrana siyasi və diplomatik həll yolu tapmaq zərurəti ilə bağlı mövqeyi ilə tamamilə üst-üstə düşür”.
