Yəmən üsyançı hərəkatının Ənsar Allah husiləri Qırmızı dənizin şimalında Səudiyyə Ərəbistanına məxsus “Vəfa” neft tankerinə ballistik raket hücumu həyata keçiriblər. Bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri bildirib.
Onun sözlərinə görə, üsyançılar “Yanbu yaxınlığında, Qırmızı dənizin şimalında Səudiyyə Ərəbistanına məxsus “Vəfa” neft tankerinə bir neçə ballistik raketdən istifadə edərək hücum ediblər”. Sarianın sözlərinə görə, zərbə dəqiq olub. (Tass)
