İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) çoxsaylı döyüş başlığı olan ağır raketlərdən istifadə edərək ABŞ-ın bölgədəki, Qüdsdəki və Təl-Əvivdəki bazalarına zərbələr endirib.
İran dövlət televiziya və radio şirkəti bəyanatdan sitat gətirib: “Əl-Qüds günü ərəfəsində (1979-cu ildə İranın təşəbbüsü ilə Fələstin xalqının hüquqları uğrunda mübarizəsinə dəstək əlaməti olaraq təsis edilib ) həyata keçirilən “Əsl Vəd 4″ əməliyyatının 41-ci dalğası Amerika-sionist (İsrail nəzərdə tutulur ) düşməninin Təl-Əviv və Qüdsdəki hədəflərinə, eləcə də Amerika terrorçularının bölgədəki bazalarına qarşı yönəlmişdi”.
Qeyd olunur ki, zərbə çoxsaylı döyüş başlığı olan Xorrəmşəhr və Qədr də daxil olmaqla, müxtəlif tipli on raketlə, eləcə də Xayberşekan və hipersəsli Fəttah raketləri ilə həyata keçirilib. (Tass )
