İsrail Müdafiə Qüvvələri (İMQ) son günlərdə Tehrana edilən hücumlar zamanı İranın daha bir nüvə proqramı obyektinə zərbə endirdiyini iddia edir.
Ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: “Son günlərdə Tehranda həyata keçirilən bir sıra zərbələrin bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə proqramının digər bir obyektinə, nüvə silahlarının inkişaf etdirilməsi üçün istifadə edilən Talegan kompleksinə hücum edib”.
“Bu zərbə İran rejiminin nüvə ambisiyalarını daha da zəiflətməyə yönəlmiş bir sıra əməliyyatların bir hissəsidir “, – deyə İsrail Müdafiə Qüvvələri bildirib. (Tass)
