İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) İran fabriklərinə edilən hücumlara cavab olaraq Yaxın Şərqdəki Amerika və İsrailin müttəfiq sənaye obyektlərinə qarşı hücumların gözlənildiyi barədə xəbərdarlıq edib. Bu barədə İİKK-nın mətbuat xidməti məlumat yayıb.
İRNA xəbər agentliyinin verdiyi məlumata görə,
“İran bizneslərinə hücumlardan qaçınmaq üçün xəbərdarlıqlara və xatırlatmalara baxmayaraq, ABŞ və İsrail bu gün İranın sənaye mərkəzlərinə bir neçə hücum həyata keçiriblər. Bölgədəki amerikalı səhmdarları olan sənaye müəssisələrinin, eləcə də bölgədəki sionist rejimi ilə müttəfiq olan ağır sənaye müəssisələrinin bütün işçilərini həyatlarını təhlükəyə atmamaq üçün dərhal iş yerlərini tərk etmələri barədə xəbərdar edirik”.
