ABŞ dövlət katibi Marko Rubio Ukrayna üçün nəzərdə tutulan silahların Yaxın Şərqə yönləndirilə biləcəyini irəli sürüb.
Rubio Fransada keçirilən G7 xarici işlər nazirlərinin görüşünün ardından jurnalistlərlə görüşündə bildirib ki, “bu hələ baş verməyib. Hələ ki, heç nə yönləndirilməyib, amma baş verə bilər”. ABŞ dövlət katibi sözünə davam edərək deyib: “Bunlar bizim silahlarımızdır. Söhbət NATO tərəfindən maliyyələşdirilən PURL proqramı çərçivəsində silah satışından gedir”. O, vurğulayıb ki, “Aydınlaşdırmaq istəyirəm ki, hərbi ehtiyac yarandıqda, istər təchizat, istərsə də ABŞ-ın milli maraqları naminə tapşırıqları yerinə yetirmək üçün olsun, avadanlıqlarımıza gəldikdə həmişə birinci sırada olacağıq”. (Tass)
