İyun 24, 2026-1:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı qərəzli və siyasi xarakter daşıyır

2026:06:22 - 14:46
in SİYASƏT
A A

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə 2026-cı il 18 iyun tarixli qərarının qərəzli və siyasi xarakter daşıdığı özünü göstərir. Qərardan hiss olunur ki, heç bir araşdırma aparılmayıb və işə birtərəfli qaydada baxılıb.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev deyib.

Onun sözlərinə görə, məhkəmə dünyada mövcud olmayan bir dövlətin hesabatına istinad edir.

“Vaxtı ilə xarici havadarların dəstəyi ilə yaradılmış qondarma qurum beynəlxalq aləmdə tanınmayıb və legitim hüququ olmayıb. Bu, beynəlxalq sənədlərdə də öz əksini tapıb. Bu qurumu Ermənistan dəstəkləsə də tanımayıb. Ermənistan diplomatik əlaqələr qursaydı dünyada separatçılığı dəstəkləyən dövlət kimi qəbul ediləcəkdi. Ermənilərin yaratdığı bir qurumu Ermənistan tanımadığı halda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi olmayan bir dövlətin hesabatına istinad edir. Bu nəinki beynəlxalq hüquqa, eyni zamanda, sadə məntiqə də uyğun gəlmir. Erməni əsgərləri Azərbaycana məxsus əraziləri işğal edərkən ölüblər. Bu günə kimi İraqda, Liviyada, Əfqanıstanda və digər ölkələrdə hərbi əməliyyatlarda yüzlərlə insan öldürülüb. Lakin bu hadisələr İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin diqqətindən kənarda qalıb. Bu faktın özü məhkəmənin qərarının qərəzli və siyasi xarakter daşıdığını göstərir. Digər tərəfdən işə yalnız 3 nəfərin müraciəti əsasında baxılıb və qərar qondarma qurumun “hakimiyyət orqanlarının” təqdim etdiyi “sübutlara” istinadla qəbul edilib ki, bunu da məhkəmə araşdırması hesab etmək olmaz.

Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük Vətən müharibəsində bərpa etdikdən sonra Avropanın bəzi siyasi dairələri bunu həzm edə bilmir. Onlar bəzi hallarda erməni lobbisinin, bəzi hallarda isə korporativ maraqları müdafiə edərək Azərbaycana qarşı qərəzli addımların atılmasına nail ola bilirlər. Lakin bu heç nəyi dəyişmir. Avropanın korporativ maraq güdən dairələri regionda qeyri-sabit vəziyyətin saxlanılması və bununla da buradakı dövlətlərə təzyiq göstərmək imkanına malik olmaq istəyirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı qərəzli və siyasi xarakter daşıyan bir sənəddir və bu kimi qərarlarla Azərbaycana siyasi təzyiq etmək mümkün deyil”, – deyə E. İsayev qeyd edib.

Əvvəlki Yazı

Peskov: Starmer Rusiya ilə münasibətlərin sıfır səviyyəsində saxlanılmasının tərəfdarı idi

Növbəti Yazı

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.