Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, istefasını elan edən Böyük Britaniyanın Baş naziri Keyr Starmer Moskva-London münasibətlərinə heç bir təsir göstərməyib; o, həmişə münasibətləri sıfır səviyyəsində saxlamağın tərəfdarı olub.
Kremlin sözçüsü brifinqdə qeyd edib ki, “Starmer Rusiya-Britaniya münasibətləri baxımından heç bir şəkildə fərqlənməyib. O, həmişə bu münasibətləri hazırda şahidi olduğumuz səviyyədə saxlamağın tərəfdarı olub. Buna görə də, o, belə demək olar ki, diqqətəlayiq bir şeylə yadda qalmayacaq”. (Tass)
