İran Ordusunun baş komandanı Əmir Hatəmi İranda quru əməliyyatı keçirməyə cəhd edə biləcək heç bir ABŞ və ya İsrail əsgərinin sağ qalmaması əmrini verib. Bu barədə İslam Respublikası Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib.
Daha əvvəl ABŞ rəsmisi The Washington Post qəzetinə verdiyi açıqlamada Pentaqonun atəşkəs pozulacağı təqdirdə İrana yeni zərbələr endirmək və ya “yerüstü əməliyyatlar” keçirmək variantını hələ də nəzərdən keçirdiyini bildirmişdi.
İRNA agentliyi onun sözlərini sitat gətirib: “Bu, İran İslam Respublikası ordusunun baş komandanının əmri idi: ölkəyə qurudan hücum ediləcəyi təqdirdə qəti tədbirlər görülməlidir. O, bir dənə də olsun işğalçının sağ qalmamalı olduğunu vurğulayıb ” . (Tass)
