İranın neft naziri Möhsün Paknejadın sözlərinə görə, ABŞ-la müharibə və sonrakı atəşkəs dövründə İran hakimiyyəti 18 milyard dollar dəyərində neft ixrac edib və istehsal səviyyəsini tam qoruyub saxlaya bilib.
“Müharibə zamanı nazirlik 11,5 milyard dollar, atəşkəs dövründə isə daha 6,5 milyard dollar dəyərində neft satıb. Beləliklə, böhranın ən qızğın vaxtında belə, illik büdcədə nəzərdə tutulan neft gəlirlərinin 60%-dən çoxunu təmin etmək mümkün olub”, – deyə ” Shana” agentliyi onun sözlərini sitat gətirib.
Paknejad qeyd edib ki, münaqişə başlamazdan əvvəl belə, ölkədə təxminən 100 milyon barel xam neft və qaz kondensatı toplanıb və sonradan bu ehtiyatları satıb. İran naziri bildirib ki, “Neft tankerlərinin hərəkəti ilə bağlı risklərin müvəqqəti olaraq azaldılması İran neft ixracının əhəmiyyətli dərəcədə artmasına və yığılmış ehtiyatların əhəmiyyətli bir hissəsinin qlobal bazarlara çıxarılmasına imkan verib”. (Tass)
