İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran İsrailin istənilən düşmən hərəkətinə cavab verməyə hazırdır.
“Biz bütün mümkün ssenarilərə hazırıq və sionist rejimdən istənilən təcavüzkar davranışı gözləyirik”, o, Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib . “Biz bütün səviyyələrdə artıq hazırıq və müharibə olarsa, İsrail daha bir məğlubiyyətə uğrayacaq”, – deyə Əraqçi əlavə edib və İsraili “ciddi nəticələrlə” hədələyib. (TASS)
