İran qonşuları ilə dostluğa inanır və yalnız bu ölkələrdəki Amerika hərbi bazalarına hücum edir. Bu barədə İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin ilk rəsmi açıqlamasında bildirilib.
İranın dövlət televiziya və radio şirkətində yayımlanan bəyanatda deyilir: “Biz bu yaxınlarda [ABŞ] hərbi bazalarına zərbələr endirdik və xəbərdarlıq etdiyimiz kimi, qonşu ölkələrə hücum etmədən sadəcə bu bazalara hücum etdik. Qonşularımızla dostluğa inansaq da, gələcəkdə bu hərəkətləri davam etdirməyə məcbur olacağıq”. (Tass)
