İran, uşaqların da daxil olduğu şəhidlərin qanının qisasını tərəddüd etmədən almağa hazırdır. Bu barədə İranın yeni ali lideri Müctəba Xameneinin dövlət televiziyasında yayımlanan bəyanatında bildirilib.
“Şəhidlərimizin qanının intiqamını almaqdan əl çəkməyəcəyik. Planlaşdırdığımız qisas yalnız inqilabın böyük liderinin [Ayətullah Əli Xameneinin] şəhidliyi ilə məhdudlaşmır. Düşmən tərəfindən öldürülən millətimizin hər hansı bir üzvü ayrıca qisas səbəbi olacaq. Əlbəttə ki, bu qisasın bir hissəsi artıq həyata keçirilib, lakin bu iş başa çatana qədər, xüsusən də uşaqlarımızın qanının yaratdığı xüsusi ağrı nəzərə alınmaqla, bu məsələ prioritet olaraq qalacaq. Buna görə də, düşmənin Minabda məktəbə qarşı qəsdən törətdiyi cinayət və digər oxşar hallar xüsusi əhəmiyyət kəsb edir”, – bəyanatda deyilir. (Tass)
