İranın dövlət televiziyasının verdiyi məlumata görə, İranın şimalındakı Qorqan şəhərinin ətrafında partlayışlar baş verib.
Qeyd olunur ki, şəhərin xaricindəki dəmir yolu xətlərinə hücum edilib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə İslam Respublikasındakı hədəflərə əlavə zərbələr endirildiyini bildirmişdi. Partlayışlar İranın Əkkalə, Bəndər Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Əbu Musa adasında və Buşəhr əyalətinin bəzi yerlərində qeydə alınıb. (Tass)
