İran və ABŞ arasında anlaşma memorandumu lap əvvəldən etibar üzərində deyil, açıq şəkildə “öhdəlik öhdəliyi” mexanizmi üzərində qurulub. Bu barədə İslam Respublikasının Moskvadakı səfirliyinin nümayəndəsi TASS-a bildirib.
“İran öz milli maraqlarını və suverenliyini qətiyyətlə müdafiə edəcək. İran və ABŞ arasında anlaşma memorandumu əvvəldən etibar üzərində deyil, açıq şəkildə “öhdəlik üçün öhdəlik” mexanizmi üzərində qurulub, çünki qarşı tərəfin hərəkətlərində xoşməramlılıq əlamətləri müşahidə olunmayıb”, – deyə o bildirib. (Tass )
