İran ABŞ-la danışıqları zamanı raket proqramı və ya Tehranın dəstəklədiyi regional silahlı qruplar olan “Müqavimət oxu”nu müzakirə etməyi planlaşdırmır. Bu barədə İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur TASS-a bildirib.
“Biz raket proqramı və “Müqavimət oxu” ilə bağlı danışıqlar aparmayacağıq”, – deyə o bildirib. İranın Misirdəki səfiri bu məsələ ilə bağlı əlavə edib ki, ABŞ “nüvə dosyesi çərçivəsində İslam Respublikasının bütün qanuni hüquqlarına da hörmət etməlidir”
