İran ABŞ və İsraildən təzminat almasa, Hörmüz boğazından keçən gəmilərdən yığılan rüsumlar hesabına itkilərini kompensasiya etmək məcburiyyətində qalacaq. Bu barədə İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur TASS-a verdiyi müsahibədə bildirib.
İran diplomatı qeyd edib ki, “ABŞ və İsraildən təzminat tələb edirik və əgər onları almasaq, müharibədən dəyən zərəri Hörmüz boğazından keçid üçün rüsumlar hesabına kompensasiya etməli olacağıq”. (Tass)
