İran hakimiyyəti MAQATE müfəttişlərinin müharibə zamanı zədələnmiş nüvə obyektlərinə girişini yalnız sanksiyalar tamamilə aradan qaldırıldıqdan və ABŞ memorandum çərçivəsindəki öhdəliklərini yerinə yetirdikdən sonra müzakirə etməyə hazır olacaq. Bu barədə xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
O, X-də yazıb: “Hücuma məruz qalan ərazilərə və ya nüvə materiallarına giriş təmin etmək planı yoxdur. Bu məsələlər yalnız yekun razılaşma çərçivəsində və yalnız qarşı tərəf bütün sanksiyaları tamamilə ləğv etmək və digər öhdəlikləri yerinə yetirmək üçün praktik addımlar atdıqdan sonra nəzərdən keçiriləcək və həll ediləcək”. (Tass)
