İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rza Nəcəfinin sözlərinə görə, 17 martda İranın Buşehr nüvə elektrik stansiyasına hücum, 400-dən çox rusiyalı mütəxəssisin çalışdığı yerdə, fəaliyyətdə olan enerji blokundan 200 metr aralıda baş verib.
“Çərşənbə axşamı yerli vaxtla saat 19:00-da nüvə reaktorundan 200 metr aralıda yerləşən Buşehr nüvə elektrik stansiyasına qəsdən hücum edilib. Buşehr nüvə elektrik stansiyasına hücum, hazırkı ABŞ-İsrail təcavüzünün əvvəlində Nətənz və İsfahana edilən hücumlardan sonra İranın nüvə obyektlərinə yaxın ərazidə üçüncü hücum olub”, – deyə o, Press TV-yə bildirib. (Tass)
