İranın hava hücumundan müdafiə qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsini vuraraq qırıcı təyyarəyə ciddi ziyan vurub. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat verib.
İranın dövlət televiziyasının verdiyi açıqlamada deyilir: “Düşmən ABŞ ordusuna məxsus F-35 strateji qırıcı təyyarəsi bu gün səhər saat 2:50-də İranın mərkəzi üzərində İİKK-nın inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və ciddi ziyan dəyib. Bu qırıcı təyyarənin taleyi məlum deyil və araşdırılır. Onun qəzaya uğraması ehtimalı yüksəkdir”.
