Magen David Adom (Davudun Qırmızı Qalxanı) təcili yardım xidmətinin məlumatına görə, İsrailin şimalındakı Kiryat Şmona yaxınlığında raket hücumu nəticəsində iki nəfər yaralanıb.
“Kiryat Şmona bölgəsində tibb işçiləri iki yaralıya tibbi yardım göstərir: qarın nahiyəsindən yaralanan ağır vəziyyətdə olan yaşlı kişi və vəziyyəti orta ağır qiymətləndirilən yaralı qadın”, – deyə açıqlamada bildirilir.
(Tass)
