“İraq İslam Müqaviməti” ilə əlaqəli silahlı şiə milisləri 4 mart tarixində Yaxın Şərqdəki Amerika hərbi bazalarına qarşı 29 əməliyyat həyata keçirib. Bu barədə hərəkatın Telegram kanalında dərc olunmuş bəyanatda bildirilir.
Mətndə deyilir: “Son 24 saat ərzində İraqdakı İslam Müqaviməti döyüşçüləri İraqda və regionda düşmən bazalarına qarşı onlarla dron və raketdən istifadə edərək 29 əməliyyat həyata keçiriblər”. (Tass)
