İrlandiya Aİ ilə Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) arasında ticarət sazişinin əleyhinə səs verəcək.
“Mövqeyimiz dəyişməz olaraq qalır. Biz razılaşmanın əleyhinə səs verəcəyik”, – deyə İrlandiyanın maliyyə naziri Saymon Harris bildirib. “Hökumətin MERCOSUR ilə bağlı mövqeyi həmişə aydın olub – biz təqdim olunduğu kimi razılaşmanı dəstəkləmirik”, – ” The Irish Times ” qəzeti baş nazirin müavininin sözlərini sitat gətirib.
“Təəssüf ki, danışıqların nəticəsi budur ki, Aİ bir neçə əlavə tədbirə razılıq versə də, onlar vətəndaşlarımızı məmnun etmək üçün kifayət deyil”, – deyə Harris bildirib. Aİ Şurasında MERCOSUR ilə razılaşma üzrə səsvermə yanvarın 9-na planlaşdırılıb. (Tass)
