İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki raket buraxıcılarına və hərbi hədəflərə hücum etməyə davam edir.
Bəyanatda deyilir: “İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki hədəflərə, o cümlədən hərbi qurğulara və buraxılış məntəqələrinə zərbələr endirir”.
Mətbuat xidməti əlavə edib ki, “İsrail Hərbi Hava Qüvvələri İsrail ərazisinə hücumları minimuma endirmək üçün zərbələr endirməyə davam edir”.
